Azərbaycanda DƏHŞƏT: Gəlin qayınanasını qətlə yetirdi

Astarada qadın qətlə yetirilib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib qeydə alınıb.

Belə ki, 1970-cı il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri  ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.