Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır.
Məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.