Yaxın vaxtlarda "Trendyol" onlayn satış platforması Azərbaycandakı müştərilərinə alınan malların geri qaytarılması imkanı yaradacaq.
Bunu platformanın sahibi "Trendyol Group"un baş icraçı direktoru Erdem İnan deyib.
Onun sözlərinə görə, platformanın burada "Pasha Holding"lə əməkdaşlıq şəriaitində fəaliyyətə başlamasından ötən ilyarımda əsas diqqəti müştəri məmnuniyyətinə yönəldiblər:
“İlk növbədə alış-verişin asanlaşdırılması, çatdırılma müddətinin azaldılması kimi məsələlərə diqqət yetirdik. Nəticədə, çatdırılma müddətini ikiqat azaltmağa nail olmuşuq. Bundan əlavə, müştərilərə Umico kartla taksitli ödəniş, müxtəlif güzəştli kampaniyalar təklif olunur. Bu sahədə yeniliklər davam edəcək. Tezliklə Azərbaycandakı müştərilərimizə alınan malları geri qaytarmaq imkanı da yaradacağıq”.