Azarkeşlərin Xankəndiyə aparılacağı vaxt dəqiqləşdi

Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik.

Stopnarkotik.az apasport.az-a istinadən xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib.

Bununla bağlı Bakı Metropoliteninin də iş sistemi dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə "Qarabağ" - MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.

Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da Koroğlu metrostansiyasından Xankəndiyə yola düşəcək.