Avtomobildən oğurluq edən şəxslər saxlanıldı - BİRİ KEÇMİŞ MƏHKUMDUR

Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Xəzər” markalı nəqliyyat vasitəsindən 350 manat dəyərində maqnitofon və dövlət qeydiyyat nişanları oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Ə.Şərifzadə və əvvəllər məhkum olunmuş A.Babayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.