Ucarda 67 yaşlı kişini maşın vurub.
Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Avtomobil yolu keçmək istəyən 1956-cı il təvəllüdlü piyada Abdurrəhmanov Nəriman Həmzə oğlunu vurub. Qəza nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarərləri alıb. Xəstəxanaya çatdırllan yaralının durumu orta ağır olaraq dəyərləndirilir.
Faktla bağlı araşdırma başlanıb.