Qeyri-leqal marixuana ticarəti Avropanın ən böyük narkotik bazarıdır. Marixuanadan alınan narkotik məhsulları daha çox təkmilləşir və çeşid də artır. Mütəşəkkil cinayətkarlıq beynəlxalq kriminal qruplar içində əlaqələri daha çox sıxlaşdırır və böyük əməkdaşlıq şəbəkəsi yeni təhlükəsizlik riskləri gətirir. Bu, Evropol və EMCDDA-nın dərc etdiyi təhlildən aydın görünür.
Stopnarkotik.az xəbər verir ki, hesabata görə, çətənə bazarı 11,4 milyard avro dəyərində qiymətləndirilir. Ən böyük narkotik bazarı Avropadadır. Hesablamalara görə, son bir ildə Avropada təxminən 22,6 milyon yetkin insan (15-64 yaş) çətənədən istifadə edib.
NARKOTİK QAÇAQMALÇILIĞI
Müşahidələrə görə, müsadirə edilən çətənənin çoxu Aİ-də yetişdirilir. Narkotiklər Avropaya həmçinin Şimali Amerikadan göndərilir. Çətənə qatranına gəldikdə isə, Mərakeş ən böyük tədarükçü olaraq qalır. Son məlumatlar narkotik məhsullarının effektivliyinin əhəmiyyətli dərəcədə artdığını göstərir. AB-də çətənə yarpaqlarının orta potensialı 2011-2021-ci illər arasında təxminən 57% artıb, eyni zamanda tiryək qatranının orta səviyyəsi isə demək olar ki, 200% artaraq istifadəçilər üçün əlavə sağlamlıq problemləri yaradıb.
SİNTETİK NARKOTİKLƏR
Narkoitk otlar və qatranlar hələ də bazarda üstünlük təşkil etsə də, Avropada narkotik məhsulları getdikcə daha çox çeşidli olur və bu çeşidlər müxtəlif formalarda mövcud olan bir sıra təbii, yarı sintetik və sintetik kannabinoidləri əhatə edir. İstehlakçılar bu narkotikləri konsentratlarda, elektron siqaretlərdə və yeməklərdə təmin edirlər. Avropada narkotik ticarəti geniş şəbəkələri əhatə edir və bu, bazarı güclü və təhlükəli edir ki, nəticədə də qaçaqmalçılıq üsulları getdikcə təkmilləşir.
ƏTRAF MÜHİTƏ TƏSİR
“Çiçəklənən” narkoticarət ətraf mühitə də böyük təsir göstərir. Qapalı şəraitdə çətənə yetişdirmək çoxlu su və enerji tələb edir. Avropada qapalı yerlərdə çətənə yetişdirmək üçün istifadə olunan elektrik enerjisinin çoxu oğurluq olur. Qapalı şəraitdə çətənə yetişdirmək üçün daha çox vəsait tələb olunur, nəinki açıq şəraitdə.
AB-NİN NARKOTİKLƏRƏ DAİR SİYASƏTİ
Avropanın çətənə ilə bağlı dəqiq siyasəti yoxdur. Almaniya, Lüksemburq, Hollandiya, Malta və Çexiya istirahət üçün istifadə üçün çətənə tədarükünü tənzimləmək istəyir və artıq bunu az yaxud çox dərəcədə həyata keçirib. İsveçrə də 2023-cü ilin əvvəlində qanuni çətənə satışını sınaqdan keçirməyə başladı. Bu dəyişikliklər çətənənin ictimai sağlamlıq və təhlükəsizliyə təsirini tam başa düşmək üçün monitorinq və qiymətləndirməyə investisiya qoyuluşunun zəruriliyini vurğulayır. Nəticələr EMCDDA-nin narkotiklərin monitorinqi sistemi və Evropol kəşfiyyatının ciddi və mütəşəkkil cinayətlər üzrə məlumat və göstəricilərinə əsaslanır.
Stopnarkotik.az