Aqşin Bəbirovun atası: "Balamızı düşmən əlində qoymayacağına güvənirdik" - VİDEO

"Ailəlikcə sevinirik. Şükür ki, övladımız Azərbaycana təhvil verildi".

Stopnarkotik.az xəbər verir ki, bunu apa-ya açıqlamasında əsirlikdən azad edilən Aqşin Bəbirovun atası Qabil Bəbirov deyib.

O təəssüratlarını bizimlə bölüşüb:

"Prezidentimizə təşəkkürümüzü bildiririk. Balamızı düşmən əlində qoymayacağına güvənirdik. Sevincimizin həddi-hüdudu yoxdur. Oğlumun yolunu gözləyirəm ki, qarşılayım. Bütün dost-tanış bizə gəlib".