Ağsuda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı daha 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.