Ağsu sakini Bakıda BIÇAQLANDI

Ağsu sakini Bakıda bıçaqlanıb.

Bu  barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü C.Osmanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.