Ağstafada 2 yeniyetmə qız dəm qazından zəhərləniblər.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri - 2011-ci il təvəllüdlü Röya Hacızadə və 2013-cü il təvəllüdlü Gülşad Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.
Bacılar dərhal xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.