Ağdamda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Stopnarkotik.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Xəyal Məhərrəmovun idarə etdiyi 05-BX-540 dövlət qeydiyyat nişanlı, "Lada Priora" markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın hadisə yerində ölüb. Qadının kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.