Abşeronda iki evdən külli miqdarda pul və qızıl oğurlandı

Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər müəyyən edilib.

DİN-dən Stopnarkotik.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 800 ABŞ dolları və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.