Abşeronda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Görədil kəndindəki evlərin birindən 3000 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Göygöl rayon sakini S.İsayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.