Çin administrasiyasının dəstəklədiyi “Volt Typhoon” adlı haker qrupunun ABŞ-ın kritik infrastruktur şəbəkələrinə sızdığı bildirilir.
Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya və İngiltərənin yaratdığı “Beş Göz” adlı kəşfiyyat koalisiyasının birgə bəyanatında oxşar fəaliyyətlərin qlobal miqyasda baş verə biləcəyi xəbərdarlığı edilib.
Mövzu ilə bağlı Microsoft texnologiya şirkəti ətraflı xəbərdarlıq mətni yayıb.
“2021-ci ilin ortalarından fəaliyyət göstərən “Volt Typhoon” haker qrupun kiberhücum edərək ABŞ-ın Sakit Okeandakı strateji hərbi bazası olan Quamdakı kritik infrastrukturu hədəf alıb” - məlumatda bildirilir.
Rəsmi Pekin isə bu iddiaları “Beş Göz” koalisiya ölkələrinin dezinformasiya kampaniyası kimi rədd edib.
“Beş Göz” (Five Eyes) ilk dəfə 1946-cı ildə ABŞ və İngiltərə arasında imzalanan, sonradan Kanada, Avstraliya və Yeni Zelandiyanın qoşulması ilə genişlənən, UKUSA kimi tanınan “elektron kəşfiyyat” alyansıdır.