İraqın qərbində ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın istifadə etdiyi “Ayn əl-Əsəd” hərbi bazası 20-dən çox raketlə vurulub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hücumu İraq şiə qrupları həyata keçirib.
Raketlər əl-Bağdadi ərazisindən atılıb.
Dağıntılar və insan tələfatı barədə hələlik məlumat yoxdur.