47 yaşlı kişi spirtli içkinin təsiri altında kanalizasiyaya düşərək boğuldu...

Xaçmaz rayonunun Xudat şəhərində bədbəxt hadisə baş verib.

Belə ki, şəhər sakini 47 yaşlı Ağalarov İlqar Balaşah oğlu spirtli içkinin təsiri altında kanalizasiya üçün qazılan quyuya yıxılaraq bogulub. Onun cəsədi çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.