Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4 kiloqramdan artıq heroin, 18,4 kiloqrama yaxın marixuana və 4,1 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Stopnarkotik.az