Aprelin 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, narkotik vasitələr – 3,3 kiloqrama yaxını heroin, qalanı isə marixuana, tiryək və metamfetamin olmaqla qanunsuz dövriyyədən çıxarılıb.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.