4 ədəd noutbuk və 1300 manatlıq telefon oğurlayan şəxslər saxlanıldı

Paytaxtda daha bir oğurluq hadisəsi baş verib.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 4 ədəd noutbuk, digər mağazadan isə oradakı işçinin 1300 manat dəyərində mobil telefonu oğurlanıb.

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Vüsal Hacıbəyov və Ucar rayon sakini Fəqan Allahverdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.