3 AVTOMAT, 2 TAPANÇA, 5 TÜFƏNG... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

Mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 5 tüfəng, 4 patron darağı və 219 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.