Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.