Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Şayıflı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 400 kiloqram olan 8000 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.