Ukrayna Prezidenti Volodimir Zelenskinin sosial şəbəkələrdə NATO-nun Ukraynanın alyansa üzvlüyü ilə bağlı mövqeyini tənqid etməsi ABŞ nümayəndə heyətini hiddətləndirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti rəsmi mənbələrə istinadən yazıb.
WP yazır ki, Zelenskinin NATO-nu "qətiyyətsizliyi" ilə bağlı açıq şəkildə qınaması Vilnüsdəki sammitə toplaşanları heyrətə salıb və Amerika nümayəndə heyəti bundan o qədər qəzəblənib ki, Ukraynanın alyansa dəvətini geri götürmək istəyib.
Rəsmilər bildirirlər ki, Ukrayna Prezidentinin ölkənin NATO-ya qəbul edilməsi ilə bağlı “çoxşərtli” vədinə qəzəbli cavabı alyans üzvləri arasında mübahisələrə və hətta Kiyevə veriləcək təkliflərin bir qisminin geri götürülməsi ilə bağlı müzakirələrə səbəb olub.