Zaxarova sülhməramlıların Qarabağda qalma müddətindən danışdı

Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Bakı ilə təmasda müəyyənləşəcək.

Stopnarkotik.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya sülhməramlılarının regiona yerləşdirilməsinin vaxtı və digər məsələləri danışdığımız kimi, həmkarlarımızla birgə müəyyən ediləcək. Əgər söhbət Qarabağ ərazisindən gedirsə, o zaman Azərbaycan tərəfi ilə birlikdə yerlərdəki vəziyyət nəzərə alınacaq”, - deyə Zaxarova brifinqdə bildirib.