Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.
***
07.05.2024
22:54
Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.
Belə ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***21:23
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub.
Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.
Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır.
*** 20:38
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.
Zəhərlənənlər arasında tələbələrdə var.
Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.
Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.
***18:23
Ana və iki övladı dönərdən zəhərləndi - HƏR ÜÇÜ XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub.
Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.