Qatil sionist İsrail vəhşiliyini günü-gündən artırır. Bu dəfə 2016-cı ildən bəri İsrail ordusunda briqada generalı rütbəsi ilə baş ravvin vəzifəsini icra edən Eyal Kərimin müharibə cinayətlərini təşviq edən sözləri yenidən gündəm mövzusuna çevrilib.
Stopnarkotik.az xəbər verir ki, baş ravinin ən çox danışılan açıqlaması “zorlama” fitvası olub.
İsrail əsgərlərinin “müharibədə yəhudi olmayan qadınlara təcavüz edə bilər” ifadələri ilə tənqidlərə səbəb olan ravvin Eyal Kərim baş ravvinlik vəzifəsi çərçivəsində İsrail əsgərlərinə dini və mənəvi rəhbərlik, yəhudiliyə uyğun olaraq ölən əsgərlərin şəxsiyyətinin müəyyən edilməsi və dəfn prosedurları kimi vəzifələri yerinə yetirir. Baş hərbi ravvin İsrail ordusu və əsgərlərinin fəaliyyəti ilə bağlı bütün dini məsələlərdə fətva vermək səlahiyyətinə malikdir.
İllərdir fanatik yəhudi baxışları ilə tanınan Kərim qadınlara, homoseksuallara və fələstinlilərə qarşı mübahisəli fitvaları ilə tanınır. Kərim keçmişdə İsrailin dini saytı Kipa-da ona verilən suallara verdiyi cavablarla gündəmə gələn və fətvaları ilə reaksiyalara səbəb olan adamdır.
Qadınlar üçün hərbi xidmətin məcburi olduğu İsraildə bu praktikaya qarşı çıxan Kərim , ölkədə qadınların orduya çağırılmasını tələb edən yüksək səviyyəli təhlükənin olmadığını və buna görə də qadınlar üçün hərbi xidmətin dini baxımdan “qadağan edildiyini” müdafiə edib. Kərim bəyan edib ki , yəhudi qanunlarına görə, İsrailin hərbi mərasimlərində qadın müğənnilər çıxış etməməlidir. Baş ravini ən çox gündəmə gətirən məsələ açıq-aşkar müharibə cinayətləri törətməyə təşviq edən “zorlama” fitvası olub.
2016-cı ildə “müharibədə düşmən qadınlarını zorlamaq dini baxımdan uyğundurmu” sualına cavab olaraq Kərim “ İsrail əsgərləri qeyri-yəhudi qadınları zorlaya bilər” fitvasını vermişdi.