Fransa gömrükçüləri “Le Havre” limanında Braziliyadan şəkər yükü ilə birgə gələn bir tondan çox kokain müsadirə ediblər. Kokain olan konteynerin Latın Amerikasından birbşa Fransaya çatdırılmadığı qeyd edilib. Kokain yükü öncə Belçikanın Antverpen və Hollandiyanın Rotterdam limanlarını ziyarət etdikdən sonra iki ton ağ toz həcmində "arıqlayıb", yalnız sonra Fransaya gedib.
Stopnarkotik.az xəbər verir ki, son bir neçə ildə Ekvadorun Quayakil bölgəsindən geri qalmayan bütün narkotik limanları şəbəkəsinin inkişaf etdiyi Benilüks arealında maraqlı hadisə baş verir. Məhkəmə ekspertləri iddia edirlər ki, Hollandiya və Belçika limanları son on ildə Avropanın əsas narkotik qovşağı titulunu ələ keçirərək, Pireney yarımadasını çoxdan ötüb keçib.
2022-ci ildə təkcə Rotterdamda 47 tondan çox kokain aşkar edilib, Antverpendə isə 110 ton narkotik müsadirə edilib. 2023-cü ilə isə narkotik müsadirələrinin ümumi həcmi 116 tonu ötüb.
Amma külli miqdarda narkotik müsadirəsi ona görə baş vermir ki, hüquq-mühafizə orqanları yaxşı işləyir, ona görə baş verir ki, tədarük həcmi artıb. Narkotikin artması banditizmin inkişafına, qeyri-leqal silah alverinə, mülki əhali arasında sifarişli qətllər və təsadüfi atışma qurbanlarına gətirir. Ancaq burada "qanunlara tabe olan" Avropa xüsusiyyətlərini nəzərə almağa dəyər: sifarişli qətllərin statistikası əhəmiyyətli artım göstərmir, çünki onlar kifayət qədər dəqiq hədəflənir və əksər hallarda məsələ yalnız qətlə cəhdlə məhdudlaşır. Məsələn, avtomobili və ya evi atəşə tutmaqla. Amma gözlənilənin əksinə olaraq, narkotik ticarəti və digər cinayətlərin artması çiçəklənən Avropa şəhərlərini dərhal Meksikadakı Tamaulipasa çevirmir. Təcrübə göstərir ki, əvvəlcə ayrı-ayrı məhəllələrdə, sonra rayonlarda vəziyyət pisləşir, bir az sonra isə gəzinti üçün təhlükəsiz və təhlükəli saatlar yaranır. Təxminən bu məqamda kriminal avtoritetlərin “ərazi bölgüsü” üzə çıxır, bəzən polis də buna qoşulur. Lakin 2022-ci ildə Hollandiya deyinməyə başladı ki, hakimiyyətin əhalinin əlində müxtəlif növ narkotikin saxlanması ilə bağlı tolerantlıq siyasəti “narkotik mafiyasının dövlət orqanları sisteminə nüfuz etməsi”nə gətirib. Eyni vəziyyət qonşu Belçika və Lüksemburqda da yaranıb. Lüksemburqun avtovağzalları qeyri-leqal narkotiin Avropaya daşındığı mərkəzə, eləcə də krek həvəskarları və kiçik dilerlər üçün sığınacaqa çevrilib. Antverpen limanı qəzetlərin birinci səhifələrində getdikcə daha tez-tez görünməyə başladı. Məlum oldu ki, 2022-ci ilin sentyabrında Belçikanın ədliyyə naziri kriminal strukturların onu oğurlamaq cəhdindən güclə canını qurtarıb. Səbəb isə o olub ki, nazir şəhərdə və limanda narkotik alverçilərinə qarşı mübarizə planı təklif edib. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları Belçikanın faktiki “narko-dövlətə” çevrildiyini və yerli bandalrın nəinki limanları, hətta bütün Benilüks ərazisini bölüşdürməyə çalışdıqlarını bildirirlər. Hətta məlum olub ki, yerli narkobandalar narkotikin qablaşdırılması ilə məşğul olan rəqiblərini və “qullarını” saxlamaq üçün limanlarda gizli həbsxanalar tikirlər.
Bu ilin fevralın əvvəlinə Avropanın üç liman şəhərinin - Antverpen, Rotterdam və Hamburqun rəhbərliyi Ekvadorun gömrük orqanları ilə müqavilə imzaladığını elan etdi. Məlum oldu ki, Latın Amerikası kokainin ən azı yarısı Belçikaya məhz buradan gəlir. Digər yarısı Kolumbiya və Panamadan gəlir. Bundan başqa, ortaya çıxdı ki, Ekvador kokaini ən çox Cənubi Avropada yayılıb. Rotterdam limanı Avropa merləri və Ekvador prezidenti Daniel Noboanın görüşündə narkotikin digər Avropa ölkələrinə daşındığı məntəqə kimi təsvir edilib. Avropada narkotik alverinin artmasında ənənəvi olaraq Meksika və Kolumbiya kartelləri, Alban mafiyası və İtaliya kriminal sindikatları günahlandırılır. Hətta qeyri-leqal malların konkret ölkəyə daşınması ilə məşğul olan ayrı-ayrı qruplar da, məsələn irland bandaları meydan sulayır.
Bunda 90-cı illərdə SSRİ dağılandan sonra İspaniyaya mühacirət edən ruslar da eyni yolla pul qazanmağa çalışırdılar. Eyni zamanda bütün günahı belə cinayətkar qrupların üzərinə atmaq da düzgün olmaz. Onlar sadəcə “çatdırılma xidməti” və kuryerlərdir. Bu bandalar müxtəlif növ narkotiklər, məsələn, heroin və onun törəmələri, sintetiklər üzrə ixtisaslaşıb.
Narkotik ticarətindən siyasi alət kimi də istifadə edilir. İndiyə qədər mövcud olan aristokrat ailələrdən bəziləri də bunda pərgardır. Həmin ailələrin hamısı əvvəlki təsirlərini saxlamaq üçün nəsə etməsə də, əksəriyyəti bunun üçün çox çalışırlar. Məsələn, məşhur Habsburqların nəsilləri təkcə “rəngli” inqilablar təşkil etmir, həm də Avropanın daşınmaz əmlak ticarətinə sızıblar, media layihələri hazırlayırlar və belə şayiələr var ki, onlar sənət əsərlərinin də qara bazarına soxulublar. Bu cür şəxslərin transatlantik və ya regional narkotik ticarəti ilə məşğul olması da istisna deyil.
Mövcud vəziyyət onu göstərir ki, Avropanın yeni nəqliyyat qovşağında narkotiklərin qanunsuz dövriyyə perspektivləri çox yaxşıdır. Amma təəssüf ki, bunun qarşısını almaq imkanları haqqında eyni şeyi söyləmək olmaz. Və belə fikir təbii olaraq özünü göstərir ki, vəziyyəti dəyişmək üçün çox iş görməyən Avropa hakimiyyətləri Makiavellinin irəli sürdüyü "qalib gələ bilmirsənsə, lider ol" prinsipdən istifadə etmək qərarına gələcəklər. Amsterdam meri buna ağrı ilə açıq şəkildə Avropa məkanında narkotiklərin tədricən real leqallaşdırılmasına işarə edir. Praqa və ya Budapeşt küçələrində marixuananın “təkrarolunmaz qoxusunu” hiss etməyən hər kəs, əslində heç vaxt orada olmayıb.
Və Latın Amerikası ölkələrinin bəzi nümayəndələri (məsələn, Kolumbiya lideri Qustavo Petro) beynəlxalq tribunalardan narkotik maddəni “yeni neft” kimi qəbul etməyi təklif edir və narkotacirlərə qarşı mübarizənin faydasız olduğunu etiraf edirlər.
Ola bilsin ki, yaxın illərdə bu plan həyata keçirilməyəcək, amma indi təsəvvür etmək çətindir ki, yerli elitalar və onların nəzarətindəki siyasi fəallar hadisələrin bu gedişatına hansısa formada etiraz edəcəklər. Avropa etirazları göstərir ki, xalq bu vəziyyəti yaxşılaşdırmaq üçün çox az şey edə bilər.
Stopnarkotik.az