Türkiyədə kişi sevgilisinin rəfiqəsini güllələyib.
Hadisə İstanbul şəhərində baş verib.
Ercan Ş. 17 yaşlı sevgilisi Nisə A. ilə yeni il gecəsi Yedikuledə tanış olub. Görüş zamanı onların yanında Nisə A.nın yaxın dostu Meleknur Özgener də olub. Onlar maşında oturan zaman Ercan Ş. silahı çıxararaq qızlara "Səni vurum? Yoxsa səni?" deyib. Ercan Ş. arxa oturacaqda oturan Meleknur Özgeneri başından atəş açaraq yaralayıb.
Hadisə yerindən qaçan şübhəli Eyüpsultanda saxlanılıb. Yaralı dərhal xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. 48 cinayət qeydi olan şübhəli həbs edilib.
Qeyd edək ki, 4 il əvvəl qətl törətdiyi iddia edilən Ercan Ş. bir müddət əvvəl azadlığa buraxılıb.
Faktla bağlı araşdırma aparılır./lent.az