“Yaxın Şərqin digər ərazilərində də əməliyyatlara hazırıq” - İsrail Baş Qərargah rəisi

“Yaxın Şərqin digər ərazilərində də əməliyyatlara hazırıq”.

“The Times of Israel” nəşri xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Hertsi Halevi deyib.

Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu döyüş təyyarələri sayəsində Yaxın Şərqin istənilən yerinə çata bilir.

H.Halevi bildirib ki, İsrail Müdafiə Ordusu HƏMAS qüvvələrinə, o cümlədən komandirlərə ağır zərbələr endirir.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.