Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə 20 Qızıl Xaç Məktubu vasitəsilə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.
Stopnarkotik.az xəbər verir ki, bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu ilin yanvar-iyun aylarındakı fəaliyyəti ərzində baş tutub.
Bundan başqa, həmin müddət ərzində 706 nəfər, o cümlədən mina insidentlərinin təsirinə məruz qalmış şəxslər, mina qurbanlarının ailələri və Yaxın Şərqdən repatriasiya olunmuş uşaqlar, ehtiyaclarını qarşılamaq üçün pul yardımı alıb.