“Xənkəndidə Rusiya-Azərbaycan birgə patrulu snayper silahından atəşə tutulub” - Rusiya MN

Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, atəşkəs rejiminin bir halda pozulması qeydə alınıb. Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patruluna snayper silahından atəş açıb. Ölən və yaralanan olmayıb.

Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi ilə birlikdə bu faktla bağlı araşdırma aparır.