Abşeronda külli miqdarda oğurluq edilib.
Stopnarkotik.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Aqil Nağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.