Xankəndidə quruculuq işləri davam edir.
Hazırda separatçılara məxsus qanunsuz tikililərin söküntü işi aparılır.
Belə ki, daha bir binanın sökülməsinə başlanılıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Xankəndidə erməni separatçıları tərəfindən “parlament” binası kimi istifadə edilən bina da sökülüb.