Xankəndidə rusiyalı rəssamın heykəli söküldü

İyulun 29-da Xankəndidə erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, abidənin sökülməsi ilə bağlı qərar 2023-cü ildə verilib.

Qeyd edək ki, İvan (Ovanes) Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb.