Xankəndidə mitinqlər başlayır - Paşinyan hərəkətə keçdi

Qarabağdakı separatçıların "təhlükəsizlik şurasının keçmiş katibi" Samvel Babayan Xankəndidə mitinqlər keçirmək niyyətindədir.

Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Bildirilir ki, Babayan bazar ertəsi günündən qondarma qurumun “dövlət naziri” vəzifəsinə təyin olunana qədər mitinqlər keçirmək istəyir.

Nəşr yazıb ki, Babayanın arxasında Ermənistanın baş naziri Nikol Paşinyan dayanır. Qeyd olunur ki, Paşinyanın “tələsməsinə” səbəb son günlər Xankəndində ermənilərin Kremlin himayədarı Vardanyanın təşkil etdiyi və Ermənistan hakimiyyətinə xoş gəlməyən aksiyalardır.

 “Qarabağda Paşinyanın “tabeliyində” işləyən qüvvələr Babayana yol açmaq və hakimiyyətə gəlmək istəyən insanları təqib etmək və nüfuzdan salmaq üçün hər şeyi edirlər”, - qəzet qeyd edir.