Xalq artisti narkotikdən istifadə etdi - "SƏS TELLƏRİMİ YANDIRDIM..."

Xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hazırda Amsterdamda istirahət edən 52 yaşlı opera ifaçısı narkotikdən istifadə edib və təcrübəsini izləyiciləri ilə bölüşüb.

"Qətiyyən bir dənə də olsun xoş hiss yoxdur. Anlaya bilmirəm, insanlar bunu niyə özlərinə edir. Başım sadəcə ağırlaşdı, hər şey ləngidi. Nə həyəcan var, nə bir şey. Narkotikdən istifadə etdim, səs tellərimi yandırdım. Yaxşısı şərab və ya tekila içməkdir, ot mənlik deyil"  - o bildirib.