Xaçmazda “Yalama aqropark”ında baş verən yanğın məhdudlaşdırılıb.
Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, hazırda ərazidə soyutma işləri görülür. Alovun heyvandarlıq kompleksinin digər sahələrinə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı anbara toplanan ot ehtiyatı yanıb.
***
Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da yanğın baş verib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.