“World Population Review”: ABŞ narkotik istifadəsinə görə ilk yerdədir, ardınca isə...

“World Population Review” analitikləri hər il ölkələri qadağan olunmuş maddələrin istehlakına görə sıralayır. Onlar ötən illərin məlumatlarını toplayan BMT-nin Ümumdünya Narkotiklərlə Mübarizə Hesabatına, həmçinin ABŞ-ın prioritet səhiyyə məsələləri üzrə cari vəziyyət və narkotik istehlakına görə hansı ölkələrin digərlərinə nisbətən birinci yerdə olduğu barədə analitik məruzələr hazırlayan qlobal müşahidə rəqəmlərinə istinad edirlər.

Stopnarkotik.az xəbər verir ki, hesablamalara görə, amerikalıların təxminən 6 faizi narkotik istifadəçiləridir. Buna görə də, ABŞ sakinləri həyatlarının tam 6,7 ilini itirirlər.

İkinci yeri Estoniya tutur. Oranın sakinləri ömürlərindən 5 il itirirlər. İlk üçlüyü sakinlərinin narkotikdən istifadə ucbatından ömründən 4,1 il itirən Belarus tamamlayır. Reytinqdə sonrakı yerləri Monqolustan, Kanada, Qrenlandiya və Rusiya tutub. Qazaxıstan isə 8-ci yerdədir. Analitiklərin fikrincə, qazaxıstanlılar narkotik istifadəsi səbəbindən orta hesabla 3,7 il sağlam həyatlarını itirirlər. Reytinqdə müvafiq olaraq 9-cu və 10-cu mövqelərdə yer alan Birləşmiş Ərəb Əmirlikləri və Danimarka eyni göstəricilərə malikdir.

Stopnarkotik.az