“WhatsApp” və “Instagram” sosial şəbəkə platformalarında yaranan problem aradan qaldırılıb.
Belə ki, sosial şəbəkə platformalarının istifadəçiləri yaşadıqları çətinliyin aradan qalxdığını bildirirlər.
Qeyd edək ki, mesencer və sosial şəbəkənin sahibi olan “Meta” şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
*** 22:23
Bəzi ölkələrdə “WhatsApp”ın işində problem yaranıb
Dünyanın bir neçə ölkəsində “WhatsApp” messencerinin işində problemlər baş verib.
Stopnarkotik.az xəbər verir ki, problemin səbəbləri hələlik məlum deyil.
Problem Azərbaycanda da müşahidə edilir. Belə ki, göndərilən ismarışların qarşı tərəfə çatdırılmasında problemlər yaşanır.
"WhatsApp" - smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir.