Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Novxanı kəndində mərhum şahmatçı Vüqar Həşimovun valideynlərinin yaşadığı evdə partlayış baş verib.
Stopnarkotik.az-ın məlumatına görə, Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva "Qaynarinfo"ya açıqlamasında bildirib ki, hadisə qaz sobasının partlaması nəticəsində baş verib:
"Atam və anam orada yaşayırdılar. Atam Qasım Həşimov aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasından Bakıya xəstəxanaya aparaılıb. Anam Aidə Həşimova da sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları ilə xəstəxanaya yerləşdirilib".