Vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən keçmiş məhkumlar Atamoğlan Abdalov və Taleh Mürsəlovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesd qərar elan edilib.
Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən hər iki təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışları etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Məhkəmə müşavirədən gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, Atamoğlan Abdalov və Taleh Mürsəlovu 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Abdalov Ağamoğlan Telman oğlu və Mürsəlov Taleh Elxan oğlu Koroğlu metrosunun yanında vətəndaş Gülbar Novruzova qarşı quldurluq hərəkəti ediblər.
Faktla bağlı hər iki şəxs Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (bir qrup şəxs tərəfindən quldurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq hər iki təqsirləndirilən şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.