Vətən müharibəsi qazisi intihara cəhd etdi

Vətən müharibəsi qazisi intihara cəhd edib. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. 

Belə ki, üç ildir ƏƏSMN-dən əlilliyini ala bilməyən, Bakıda yaşayan Siyəzən rayon sakini Məmmədov Elçin özünə qəsd edib.

Onun hazırda 1 saylı şəhər Kliniki Tibbi Mərkəzin ("Semaşko") toksikologiya şöbəsində komada olduğu bildirilir.