Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Ceyhun Yusifov həyat yoldaşını bıçaqlayıb.
Stopnarkotik.az metbuat.az-a istinadən xəbər verir ki, ər-arvad arasında olan mübahisə ailə münaqişəsi zəminində baş verib. Nəticədə C. Yusifov həyat yoldaşı Yusifova F. A qızına iki bıçaq zərbəsi endirib. F. Yusifova “qarının ön divarının kəsilmiş-deşilmiş (iki ədəd) yaraları” diaqnozu ilə xəstəxanaya daxil olub.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb.