ABŞ dünən gecə Venesuela sahillərində böyük neft tankerini ələ keçirib.
Stopnarkotik.az xəbər verir ki, ABŞ baş prokuroru Pam Bondinin bildirdiyinə görə, bu akt FTB, Hərbi Departament və ABŞ Sahil Mühafizəsinin iştirakı ilə həyata keçirilib.
Onun sözlərinə görə, saxlanılan tanker Venesuela və İran neft məhsulları daşıyırmış və gəminin özü "xarici terror təşkilatlarını dəstəkləmək" üçün istifadə olunub.
Bu arada, Venesuela vitse-prezidenti Delsi Rodrigez bildirib ki, ABŞ-ın tankeri ələ keçirməkdə əsl məqsədi Venesuela neftini oğurlamaq və mənimsəmək olub.
Stopnarkotik.az