Bolqar kahin Vanqanın (Baba Vanqa) Rusiyanın 2024-cü ildəki taleyi ilə bağlı öncəgörməsi üzə çıxıb.
Kahin 1970-ci illərdə 2024-də Rusiyada hakimiyyət dəyişikliyinin olacağını proqnozlaşdırıb.
Baba Vanqa bunun - indiki halda prezident Vladimir Putinin ehtimal edilən devrilməsinin böyük dəyişiklik olacağını iddia edib.
Vanqa tez-tez konkret insanların və yerlərin adını çəkmədən danışırdı.
Proqnozlarından birində deyilir ki, XXI əsrdə Qara dəniz dövlətinin torpaqlarında müharibə başlayacaq. Bolqar kahinin öncəgörməsini şərh edənlər hesab edirlər ki, “Qara dəniz dövləti” dedikdə Ukraynanı nəzərdə tutub. /Teleqraf.com