Danimarka Ukraynaya verəcəyini vəd etdiyi F-16-ların tədarükünü hələlik dayandırıb və təyyarələrin göndərilməsini 6 ay təxirə salıb.
Stopnarkotik.az xəbər verir ki, Danimarka ABŞ istehsalı olan döyüş təyyarələrini Kiyevə çatdırmağı öhdəsinə götürən ilk ölkələrdən biri olub. Hələlik təyyarələri çatdırmaqdan çəkinən Danimarka Ukraynanın müdafiəsinə ən böyük töhfə verən ölkələr sırasındadır.
Norveç hökumətinin bu həftə verdiyi açıqlamaya görə, ukraynalı pilotlar Norveçin hədiyyə etdiyi iki F-16 döyüş təyyarəsi ilə Danimarkada təlimlərə başlayacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov F-16-lara toxunaraq bildirib ki, Ukrayna Silahlı Qüvvələrində nüvə silahı daşıya bilən texnikanın ortaya çıxması Rusiya tərəfindən Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcək.