Birləşmiş Millətlər Təşkilatının Baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rozmari Dikarlo Ukrayna-Rusiya müharibəsinin ilk günündən bu yana 10 min 382 nəfərin öldüyünü, 19 min 659 nəfərin isə yaralandığını bildirib.
Stopnarkotik.az xarici mediaya istinadla xəbər verir ki, Dikarlo bu barədə Moskva administrasiyasının tələbi ilə toplanan BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı söyləyib.
Ukraynanın nəzarəti altında olan bölgələrdə son bir neçə həftədə Rusiya hücumlarının intensivləşdiyini ifadə edən Dikarlo deyib: “Keçən həftə cəbhə xəttində nəzərəçarpacaq artım oldu və başda Zaporojya bölgəsi olmaqla 570-dən çox yaşayış məntəqəsi hədəfə alındı. 12 mülki vətəndaş həyatını itirdi, 60 nəfər isə həlak oldu”.
Baş katibin müavini qeyd edib ki, Ukraynada 2023-cü il ərzində azalmağa meylli olan mülki itkilər dekabr ayından etibarən yenidən əhəmiyyətli dərəcədə artmağa başlayıb.
“Bir daha qeyd etməliyəm ki, mülki şəxslərə və mülki infrastruktura edilən hücumlar harada olursa olsun, beynəlxalq hüquqa ziddir. Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”,- deyə Baş katibinin müavini vurğulayıb.