Ukraynada daha bir soydaşımız həlak oldu

Ukraynanın azadlığı uğrunda müharibədə daha bir azərbaycanlı gənc həlak olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Bildirilir ki, soydaşımız Ağacanov Vasif İbrət oğlu Ukraynanın işğaldan azad olunması uğrunda döyüşlərdə canından keçib. “Bu çətin dönəmdə ailəsinə və sevənlərinə başsağlığı veririk. Vasif ürəyimizdə cəsarətin və vətən sevgisinin simvolu olaraq qalacaq”-paylaşımda bildirilir.

Qeyd edək ki, Ukrayna uğrunda müharibədə həlak olan soydaşlarımızın dəqiq sayı tam bilinməsə də, hərbçilərin sayının 50-yə çatdığı barədə məlumat var.