Ukraynanın cəbhədə üç əsas problemi var: mərmi çatışmazlığı, canlı qüvvə ehtiyatlarının artırılması və Rusiyanın raket hücumları.
Stopnarkotik.az “AzPolitika”-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “X” sosial şəbəkəsində paylaşdığı açıqalmasında bildirib.
Danilov hesab edir ki, Prezident Volodimir Zelenskinin sülh formulunun alternativi yoxdur və Vladimir Putin rejimi cəzalandırılana qədər Kremllə hər hansı bir əlaqə qurulmasını gözləmək lazım deyil.
Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyünün bərpası istənilən danışıqlara başlamaq üçün yeganə şərtdir: “İndi cəbhədə vəziyyət ağırdır, lakin hər şey sürətlə inkişaf edir. Ukrayna yaranan çağırışlara cavab tapacaq - həm mərmi qıtlığı, həm ehtiyatların artırılması, həm də Rusiyanın raket terroru ilə bacaracaq. Qərb isə öz növbəsində bütün lazımi demokratik prosedurlardan və onlarla bağlı çətinliklərdən keçəcək, iqtisadiyyatı yenidən quracaq, strategiya və yanaşmaları dəyişəcək və Amerikanın bir ştatının büdcəsinə bərabər olan Rusiya iqtisadiyyatı ilə məşğul olacaq” .
Danilov etiraf edib ki, Ukrayna xalqı müharibədən yorulub, lakin mübarizəni davam etdirəcək və Rusiya Ukrayna cəmiyyətini daxildən parçalaya bilməyəcək.